Əsas Səhifə > REGİON > "İran artıq Avropaya etibar etmir" - Ayətullah Əli Xamneyi

"İran artıq Avropaya etibar etmir" - Ayətullah Əli Xamneyi


28-09-2019, 23:27

 

Artıq İran Avropaya etibar etmir. Avropalılar da ABŞ kimi yalan danışırlar.

Şəffaflıq.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib.

İranın dini elitası ilə görüşən Ali Rəhbər qeyd edib ki, ABŞ kimi Avropa dövlətləri də imzalarına sahib çıxmadılar. Onların öz sözünün üstündə durmaları üçün imkan və potensialları yoxdur. Avropa dövlətləri müstəqil olsalar da ABŞ-dan ehtiyat edirlər ona görə də rəsmi Vaşinqtonun diktəsi üzrə hərəkət edirlər.

Əli Xamneyi bildirib ki, İran yalnız öz qüvvəsinə güvənməlidir. Lakin “biz avropalılarla danışıqlar üçün qapıları bağlamırıq”.

Xatırladaq ki, hələ 2012-ci ildə İranın Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə proqramı haqqında ABŞ və Avropa dövlətləri ilə danışıqlara başlamaq istəyəndə Ali Rəhbər bunun əleyhinə idi. Əli Xamneyi o zaman bəyan etdi ki, Qərb dövlətlərinə inanmaq olmaz. Hələ o zaman Ali Rəhbər bildirdi ki, tarixi təcrübə onu deməyə əsas verir ki, ABŞ-a etibar eləmək olmaz. Lakin sonradan Prezident və Xarici İşlər naziri Ali rəhbəri danışıqların uğuruna inandıra bildirlər. Əli Xamneyi sanksiyaların aradan qaldırılması və İranın nüvə proqramının məhdudlaşdırılması üçün icazə versə də bir daha bu işin İran üçün faydasına inanmadığını bildirdi. Beləliklə, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında razılıq əldə edildi və sənəd imzalandı. Lakin sonradan nə ABŞ, nə də Avropa dövlətləri əldə olunan razılığa əməl etmədilər. İrana qarşı tətbiq olunan sanksiyalar isə nəinki aradan qalxmadı əksinə daha da artırıldı.

Ali Rəhbər İranda həmişə nüfuzlu şəxs olub. Bu gün isə onun dedikləri tamamilə özünü doğruldur və ölkədə Əli Xamneyinin nüfuzu daha da artıb. Bəzi siyasi müşahidəçilər qeyd edirlər ki, ABŞ sanksiyalar vasitəsi ilə İranda daxili çaxnaşma yaradıb, rejimi dəyişdirməyə və “sözə baxan” hakimiyyət formalaşdırmağa çalışır. Əli Xamneyinin fikirlərinə əsasən İran xalqı artıq başa düşüb ki, ABŞ-ın məqsədi heç də ölkəyə demokratiya və azadlıq gətirmək deyil, geosiyasi maraqlarını həyata keçirmək, ölkənin enerji qaynaqlarını nəzarət altında saxlamaqdan ibarətdir. İraq, Liviya, Suriya təcrübəsi göztərir ki, kənardan gətirliən demokratiya faciə ilə nəticələnir. Odur ki, ABŞ-ın İran siyasətinin uğurla nəticələnəcəyini demək çox çətindir.
Geri qayıt