Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan Şimali Kiprin Baş nazirini qəbul edib
Ərdoğan Şimali Kiprin Baş nazirini qəbul edib17-01-2023, 17:21 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Milli Birlik Partiyasının sədri və Baş naziri Ünal Üsteli qəbul edib. Şəffaflıq.az "Anadolu"ya istinadən xəbər verir ki, görüş Ankaradakı Prezident sarayında keçirilib. Mətbuata qapalı şəkildə baş tutan görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Şimali Kiprin baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu və Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu iştirak ediblər. Geri qayıt |