Əsas Səhifə > Cəmiyyət > Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb

Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb


17-01-2023, 17:02


Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

"Sorğunuza cavab olaraq bildirirəm ki, Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O saxlanılmayıb"


Geri qayıt