Əsas Səhifə > Hadisə > Baş Prokurorluq Gəncədə kollecdə baş verən yanğınla bağlı məlumat yaydı

Baş Prokurorluq Gəncədə kollecdə baş verən yanğınla bağlı məlumat yaydı


16-01-2023, 20:29


Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.

Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt