Əsas Səhifə > Hadisə > Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


14-01-2023, 23:20


Oğuzun Sincan kəndində "VAZ-2107" markalı avtomobil ağaca çırpılıb.

“Report”un məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü, Umarov Aslan Xalid oğlu və və onun sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar.

A.Umarovun vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına, sərnişin isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yərləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt