Əsas Səhifə > XARİCİ XƏBƏR > AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"14-01-2023, 23:09 |
"Ölkə başçısı ilə ilk görüşüm idi". Şəffaflıq.az -ın məlumatına görə, bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətinə açıqlamasında federasiyanın Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev deyib. O, 9 yanvarda Azərbaycan Respublikası Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ilin idman yekunları ilə bağlı mənzillə mükafatlandırılan şəxslərdən biri olub. Fəxrəddin Quliyev görüş barədə fikir və təəssüratlarını bildirib: "2022-ci ildə Azərbaycan idmanı üçün əlamətdar oldu. Həmçinin, kikboksçularımız da ötən il yaxşı çıxışları ilə yadda qaldılar. İslam Həmrəyliyi Oyunları, Ümumdünya Oyunları və Avropa çempionatında qızıl medallar qazandıq. Ölkə Prezidentinin özünün də dediyi kimi, 2022-ci ilin yekunları tədbirlərin çoxluğu ilə əlaqədar 9 yanvarda keçirildi. Bu tədbirdə mən də iştirak edirdim. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm Ali Baş Komandan öz çıxışı ilə bizi sevindirdi. Nəticə verən müəyyən idmançılara mükafatları özü şəxsən təqdim etdi. Öz adımdan Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edirəm, Allah ona cansağlığı versin. Bu nailiyyətlərin olmasında Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin rolu danılmazdır. Ona, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə və I vitse-prezident Ramal Aslanova öz minnətdarlığımı bildirirəm. Bu görüş məndə çox gözəl təəssürat yaratdı. İlk dəfə idi ki, onunla görüşdə iştirak edirdim". Geri qayıt |