Əsas Səhifə > FUTBOL > Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.


14-01-2023, 19:28


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.

Şəffaflıq.az-ın məlumatına görə, "sarı-göylər" Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşıb.

"Mirakl" təlim bazasının stadionunda oynanılan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Fərid Nəbiyev vurub.

Qeyd edək ki, "Kəpəz" Antalyada daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi yanvarın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.


Geri qayıt