Əsas Səhifə > İdman > “Real”ın futbolçuları Ronaldu ilə görüşdülər

“Real”ın futbolçuları Ronaldu ilə görüşdülər


14-01-2023, 16:47


Madridin “Real” klubunun futbolçuları Vinisius Junior və Rodriqo, həmçinin baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanında Kriştianu Ronaldu ilə görüşüblər.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Onlar Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduzla xatirə şəkli çəkdiriblər. 

Karlo Ancelotti hesab edir ki, Ronaldu “Ən-Nəsr”ə keçməkdə “düzgün qərar” verib.

Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Şəffaflıq.az


Geri qayıt