Əsas Səhifə > EKOLOGİYA > Gələn həftə hava necə olacaq?
Gələn həftə hava necə olacaq?14-01-2023, 16:31 |
Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən, yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta, aran rayonlarında 5-8 dərəcə isti olacaq. Qurum həmçinin ölkə ərazisində faktiki hava durumunu da açıqlayıb. Məlumata görə, bu gün Azərbaycan ərazisində hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub. Cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib. Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə duman müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1 dərəcəyədək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5 dərəcə isti, Naxçıvan MR-də 6-13 dərəcə şaxta, dağlıq rayonlarda 8-11 dərəcə şaxta, aran rayonlarında 2 dərəcəyədək şaxta olub. Şəffaflıq.az Geri qayıt |