Əsas Səhifə > Cəmiyyət > Politoloq: “Almaniya Fransanın dediyini edən deyil”
Politoloq: “Almaniya Fransanın dediyini edən deyil”14-01-2023, 16:19 |
“Almaniya Fransanın dediyini edən deyil”. Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Prezidenti Valter Ştaynmayer arasında baş tutan müzakirələri şərh edərkən bildirib. Q. Hüseynli qeyd edib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir: “Düşünürəm ki, dövlət başçıları bir sıra məsələlərlə yanaşı, həm də Laçın yolundakı durumu müzakirə ediblər. Fikrimcə, Almaniya dövlət başçısı mövcud vəziyyətlə bağlı ilkin və etibarlı mənbədən məlumat almaq üçün ölkə liderimizə zəng edib və İlham Əliyev mahir diplomat kimi onu məlumatlandırıb. Almaniya ermənilərin Laçın yolundan militarist niyyətlər üçün istifadə etdiklərini başa düşür. Nəzərə almaq lazımdır ki, Berlinlə Paris arasında kəskin rəqabət var. Bunu hər zaman görmüşük. Hətta bu rəqabət müharibələrə də gətirib çıxarıb. İki dövlət arasındakı münasibətlər o qədər də hamar deyil. Bu mənada Almaniya Fransanın xoruna qoşulmayacaq”. Ekspertin sözlərinə görə, tərəflər arasında Azərbaycanın Avropa bazarına enerji resurslarının çıxarılması da müzakirə olunub: Şəffaflıq.az Geri qayıt |