Əsas Səhifə > XARİCİ XƏBƏR > Filippində təbii fəlakət: Məktəblər bağlanıb
Filippində təbii fəlakət: Məktəblər bağlanıb14-01-2023, 14:04 |
Filippində daşqınlar nəticəsində azı 20 nəfər ölüb, bir nəfər itkin düşüb. Səkkiz vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əlverişsiz hava şəraiti respublikanın 13 rayonunda 552 mindən çox insana ziyan vurub. 80 min nəfər 127 təxliyə mərkəzindədir. Ən azı 9,2 min nəfər əvvəlcədən evlərini tərk edib, ölkənin 12 rayonunda təbii fəlakətlə bağlı 905 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb. Daşqınlar 171 yol və 44 körpünü zədələyib, 24 dəniz limanına ziyan vurub. 486 şəhər və 113 bələdiyyədə təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 30 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəffaflıq.az Geri qayıt |