Əsas Səhifə > XARİCİ XƏBƏR > Ermənistan parlamenti Azərbaycanı ittiham edən bəyanat layihəsini qəbul etməyib
Ermənistan parlamenti Azərbaycanı ittiham edən bəyanat layihəsini qəbul etməyib13-01-2023, 16:27 |
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyası müxalifətin Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edən bəyanat layihəsini qəbul etməyib.“Sputnik Armenia” xəbər verir ki, layihə müxalif “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan tərəfindən təqdim olunub. Müzakirələrin nəticəsi olaraq o, layihəni yenidən işlənməsi üçün geri götürdüyünü bildirib və hakim fraksiyanı “Anti-Qarabağ siyasəti” aparmaqda ittiham edib. “Vətəndaş Müqaviləsi” fraksiyasından həmməruzəçi kimi çıxış edən Mariya Karapetyan isə parlamentin hələ dekabrın 16-da Laçın yoluna dair bəyanat verdiyini xatırladıb. O, həmin vaxt “Hayastan” fraksiyasının deputatlarına hər iki mətni birləşdirmək və ortaq sənəd hazırlamaq təklifi verildiyini, amma buna müsbət cavab alınmadığını vurğulayıb. Xatırladaq ki, Laçın-Xankəndi yolunda dekabrın 12-dən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəallar tərəfindən dinc etiraz aksiyası keçirilir.(apa) Geri qayıt |