Əsas Səhifə > SƏHİYYƏ > Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və baş həkim təyin edilib
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və baş həkim təyin edilib13-01-2023, 10:20 |
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor və baş həkim təyinatı olub. Şəffaflıq.az xəbər verir ki, təyinatlarla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb. Belə ki, əmrə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin edilib. Bundan əlavə, nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova isə Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub. Geri qayıt |