Əsas Səhifə > Hadisə > Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb


11-01-2023, 09:51


Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri qayıt