Əsas Səhifə > Kriminal > Fədayə Laçının yerinə Bin Laden də olsaydı... - Müğənninin vəkilindən AÇIQLAMA

Fədayə Laçının yerinə Bin Laden də olsaydı... - Müğənninin vəkilindən AÇIQLAMA


27-09-2019, 16:52
 Fədayə Laçının da mühakimə edildiyi məhkəmə prosesinin niyə bu qədər uzadılmasını başa düşə bilmirik.
Publika.az xəbər verir ki, bu sözləri 6 saylı Vəkil Bürosunun üzvü, tanınmış müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesinin Bakı Apelyasiya Məhkəməsində 12 iclas təxirə salınması anlaşılan deyil: "Bizim cənab Prezidentə, birinci xanıma da müraciətimiz hazırdır. Lakin bunun üçün məhkəmənin yekun qərarını gözləmək lazımdır. Amma çox maraqlıdır ki, bu proses uzadılır. Mən vəkillik karyeramda ilk dəfədir ki, prosesin bu qədər təxirə salındığını görürəm. Məhkəmə iclaslarının bu qədər təxirə salınmasının səbəbi də məlum deyil, bizə heç nə demirlər. Hər dəfə bizə sms gəlir və məhkəməyə yola düşürük, amma qapıda məlum olur ki, iclas başlamadan təxirə salınıb. Birinci instansiya məhkəməsində də dedim ki, Fədayə xanımın ittiham edildiyi maddə 2 ildən 6 ilədək cəza nəzərdə tuturdu. Məhkəmə 5 il cəza təyin edərək guya ədalətə nail oldu. Əgər orda Fədayə xanımın yerinə Bin Laden də olsaydı ona 6 ildən artıq cəza təyin etmək olmayacaqdı. Çox təəssüf ki, məhkəmə Fədayə xanımla bağlı heç bir yüngülləşdirici halı - onun xidmətlərini, tanınmış şəxslərin müraciətlərini nəzərə almadı. Biz gözlədik ki, məhkəmə prosesi ədalətli istiqamətə yönələr. Amma sonradan görürük ki, ədalətli yanaşılmır".
Şəffaflıq.az
Geri qayıt