Əsas Səhifə > REGİON > Naxçıvan Ali Məclisinin sessiyası keçirilir
Naxçıvan Ali Məclisinin sessiyası keçirilir10-01-2023, 11:35 |
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir. Şəffaflıq.az xəbər verir ki, sessiyanın gündəliyinə 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi məsələləri daxildir. Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər. Geri qayıt |