Əsas Səhifə > Hadisə > Qarlı günlərdə Bakıda 50 yol qəzası baş verib

Qarlı günlərdə Bakıda 50 yol qəzası baş verib


10-01-2023, 11:01


Bakıda yanvarın 9-da 35, yanvarın 10-da isə 15 yol qəzası baş verib.

Bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, qeyd edilən 50 hadisənin heç birində ölüm faktı qeydə alınmayıb, onların hamısı maddi ziyanla yekunlaşıb.

Qeyd edək ki, dünəndən Bakıda qarlı hava şəraiti müşahidə olunur.

Şəffaflıq.az


Geri qayıt