Əsas Səhifə > XARİCİ XƏBƏR > Yaponiya COVID-dən gündəlik ölümlə bağlı rekordunu yenilədi

Yaponiya COVID-dən gündəlik ölümlə bağlı rekordunu yenilədi


8-01-2023, 17:14



Yaponiyada son 24 saatda 460-dan çox insan COVID-dən həyatını itirib.

Beləliklə, ölkə koronavirusdan gündəlik ölümlərin rekordunu yeniləyib.

Gün ərzində 230 mindən çox yoluxma aşkar edilib. Bu, pandemiyanın bütün dövrü üçün maksimum göstərici olmasa da, bir sıra regionlarda yoluxmuş insanların sayı rekordu yeniləyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, yanvar ayının ikinci yarısında yoluxma sayında kəskin artım baş verə bilər. Bu zaman gündəlik yoluxma nisbəti 450 min nəfəri keçə bilər.

Qeyd edək ki, hazırda Yaponiyada pandemiya ilə əlaqədar heç bir məhdudiyyət yoxdur, lakin ictimai yerlərdə maskalar tələb olunur.

Şəffaflıq.az


Geri qayıt