Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova ilk dəfə etiraf etdi: "Filipp Kirkorovla sevgili..." - Müsahibə

Aygün Kazımova ilk dəfə etiraf etdi: "Filipp Kirkorovla sevgili..." - Müsahibə


27-09-2019, 09:07
 Xalq artisti Aygün Kazımova Teleqraf.com-un suallarını cavablandırıb.
- Aygün xanım, "Zima" festivalında iştirak edəcəksiniz?
- Bəli, ölkəmizdə bu cür layihələrin baş tutması çox vacibdir. Sənət həyatımda Vaqif Gərayzadənin məsləhətləri çox önəmli oldu və heç vaxt onları unutmaq olmaz. Mən bilirdim ki, ulduz olacam. 80-ci illərin sonunda "Bakı payızı" müsabiqəsində bu əminliklə iştirak etdim.
"Zima" festivalının da keçirilməsi çox əhəmiyyətlidir. Bütün uşaqların bu mərhələdən keçməsini çox istərdim.
- Uşaqlarla işləmək nə dərəcədə çətindir?
- Mənim ilk təcrübəm qızım İlqarə Kazımova ilə olub. Uşaqlarla işləmək maraqlıdır. Məndə olan hər şeyi onlara verməyə çalışacam.
- Qarşıda hansı planlarınız var? Solo konsertə hazırlaşırsızmı?
- Mənim böyük planlarım var. Amma qabaqcadan bu haqda danışmaq istəmirəm.
- Müğənni Filipp Kirkorovla duet ifa etdiniz. Yenidən bir arada konsertdə ifa etməyi düşünürsünüz?
- Bəli, mən hər zaman onunla ifa etmək istəyirəm.
- Aygün xanım, imicinizi dəyişmisiniz. Saç rənginizi tündləşdirmisiniz. Bu nə ilə bağlıdır?
- Bu mənim xarakterimlə bağlıdır. Dəyişikliyi sevən insanam. Layihə oldu-olmadı, imicimi dəyişirəm.
- Sizin Rusiya mətbuatında Filipp Kirkorovla sevgili olmağınız haqda xəbərlər yayıldı. Bu doğrudur?
- Siz ki bunu yaxşı bilirsiniz sevgilim yoxdur. Amma istəsəniz sevgilim olar (gülür).
- Həyatınızda sevdiyiniz şəxs yoxdur?
- Sizdən başqa heç kim yoxdur... Şəffaflıq.az
Geri qayıt