Əsas Səhifə > Cəmiyyət > Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü


7-01-2023, 10:47


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Şəffaflıq.az xəbər verir ki, dünən Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək ölüb.

Belə ki, avtoyuma məntəqəsindəki avtomobilin salon qızdırıcısını işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt