Əsas Səhifə > XARİCİ XƏBƏR > "Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb"

"Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb"


6-01-2023, 15:51


XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, bugünkü Ermənistan özünün bir dövlət olaraq yerləşməsinə görə, Osmanlı dövlətinə və Azərbaycan xalqına minnətdar olmalıdır:

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki nitqi bir çox məsələlər baxımından böyük strateji əhəmiyyət daşıyır. Hər şeydən əvvəl görüşün keçirildiyi bina bundan öncə məcburi köçkünlərimizin cəmiyyətlərinin, təşkilatlarının yerləşdiyi bina olub. Belə bir görüşün orada keçirilməsi göstərir ki, daha öncə həmin binada yerləşənlər artıq qaçqın deyillər, torpaqlarımız azad edilib və azərbaycanlılar planlı şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar. Bu baxımdan görüşdə cənab Prezidentin söylədiyi nitq tarixi əhəmiyyət kəsb edir”.

Şəffaflıq.az


Geri qayıt