Əsas Səhifə > SİYASƏT > Nazirlik rəsmisi: "Ən çox yanğın hadisəsi ötən il olub"

Nazirlik rəsmisi: "Ən çox yanğın hadisəsi ötən il olub"


6-01-2023, 14:57


"Ən çox yanğın hadisəsi ötən il olub".

Şəffaflıq.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 870 hektar meşə ərazisində yanğın olub:

"Yanğınlar avqustun 15-dən sonra daha çox müşahidə edilib. Yanğınlar daha çox Şabran, Quba, Qəbələ, Zaqatalada baş verib. İlkin hesablamalara görə 40 hektara yaxın meşə fondu tamamilə məhv olub. Bununla bağlı İDEA İctimai Birliyinin “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində tədbirlər keçirilir. Layihə çərçivəsində artıq 35 hektar ərazidə 12 mindən çox ting əkilib".


Geri qayıt