Əsas Səhifə > XARİCİ XƏBƏR > Hindistanda təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var

Hindistanda təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var


6-01-2023, 14:52


Hindistanın Madhya Pradeş ştatının mərkəzi hissəsində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, təyyarə təlim uçuşu zamanı məbədin günbəzinə dəydikdən sonra qəzaya uğrayıb. Nəticədə pilot ölüb, kursant pilot isə yaralanıb.

Qəzanın səbəbi hələ məlum deyil.


Geri qayıt