Əsas Səhifə > İdman > İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib


6-01-2023, 14:33


İtaliya yığmasının sabiq futbolçusu Canluka Vialli vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, “Çelsi” və “Yuventus”dakı oyunları ilə tanınan keçmiş hücumçu 58 yaşında ölüb.

Onun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub. Vialli uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib. O, ömrünün son günlərini xəstəxanada keçirib.

Qeyd edək ki, Canluka Vialli 1985-1992-ci illərdə İtaliya yığmasının heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb.


Geri qayıt