Əsas Səhifə > SİYASƏT > BUZLAR ƏRİYİR - Ruhani nüvə müqaviləsi ilə bağlı ABŞ-a yeni təklif verdi: “İRAN BUNA HAZIRDIR”

BUZLAR ƏRİYİR - Ruhani nüvə müqaviləsi ilə bağlı ABŞ-a yeni təklif verdi: “İRAN BUNA HAZIRDIR”


26-09-2019, 23:06

 

Şəffaflıq.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ Konqresinin nüvə müqaviləsini qəbul eləyəcəyi və bütün sanksiyaları ləğv edəcəyi təqdirdə, İran Məclisinin də bununla bağlı əlavə protokolu tez bir zamanda qəbul edə biləcəyini söyləyib.

BMT-nin 74-cü Baş Assambleyası ilə bağlı ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdə olan İran prezidenti H.Ruhani ABŞ-ın xarici siyasətinin nüfuzlu şəxsləri və ekspertləri ilə görüşüb.

Ruhani nüvə müqaviləsini “mümkün ola biləcək ən yaxşı razılaşma” kimi qiymətləndirib və ABŞ iqtidarına belə bir təklif edib: “ABŞ Konqresinin nüvə müqaviləsini qəbul elməsi və bütün sanksiyaları ləğv eləməsinin qarşılığında İran Məclisi də məsələ ilə bağlı əlavə protokolu təcili şəkildə qəbul edib, bunu daimi bir qanun olaraq təsdiqləyə bilər. İran buna hazırdır”.
Geri qayıt