Əsas Səhifə > Hadisə / Region > Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.


5-01-2023, 18:17


Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində başverdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt