Əsas Səhifə > XARİCİ XƏBƏR > Pakistan Senatı Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərdi
Pakistan Senatı Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərdi4-01-2023, 23:48 |
Pakistan Senatının sədri Məhəmməd Sadik Sancrani Rusiya-Ukrayna müharibəsi zamanı göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürdüklərini açıqlayıb. Sancrani yazılı açıqlamasında dövlət başçısının namizədliyinin Pakistan xalqı və Senat adından irəli sürüldüyünü bildirib. Bu müharibənin bütün dünya üçün məhvlə nəticələnə biləcək nüvə müharibəsinə çevrilə biləcəyinə diqqət çəkən Sancrani, Ərdoğanın vaxtında və təsirli müdaxilələrlə təkbaşına qlobal bir fəlakətin qarşısını aldığını vurğulayıb. Taxıl dəhlizi razılaşması ilə bölgənin aclıqdan xilas edildiyini qeyd edən Sancrani Ərdoğanın əsl dövlət xadimi olduğunu, onun təkcə öz ölkəsinin deyil, həm də xalqının rifahı üçün çalışan bir lider olduğunu bəyan edib. Onun sözlərinə görə, Ərdoğan təkcə ölkəsi və ya bölgəsi üçün dəyərli liderliyini sübut etməklə kifayətlənməyib, Məhəmməd peyğəmbərin sülh, tolerantlıq və sevgi təlimini bütün bəşəriyyətə çatdırıb. Şəffaflıq.az Geri qayıt |