Əsas Səhifə > Hadisə > Şamaxıda otbiçən aparat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Şamaxıda otbiçən aparat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


4-01-2023, 11:16


Şamaxıda otbiçən aparat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 25-dən yanvarın 2-dək olan müddətdə Şəhriyar qəsəbəsindəki həyətyanı sahələrin birindən 2100 manat dəyərində 1 ədəd otbiçən aparat, 4 ədəd dəmir boru, 2 ədəd kotanın dəmir hissəsi və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.

Araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt