Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Laçın-Xankəndi yolunda etirazlar 24 gündür davam edir

Laçın-Xankəndi yolunda etirazlar 24 gündür davam edir


4-01-2023, 10:05


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşadan keçən Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Şəffaflıq.az xəbər verir ki, 24 gündür davam edən aksiyada iştirakçılar müxtəlif şüarlar səsləndirirlər.

Aksiya gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına uyğun heç bir insident müşahidə edilmədən baş tutub.

İştirakçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri Rusiya sülhməramlılarının postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.


Geri qayıt