Əsas Səhifə > XARİCİ XƏBƏR > Maduro: “ABŞ hökuməti ilə diplomatik və siyasi əlaqələrin bərpasına hazırıq”

Maduro: “ABŞ hökuməti ilə diplomatik və siyasi əlaqələrin bərpasına hazırıq”


2-01-2023, 19:27



Venesuela prezidenti Nikolas Maduro Amerika Birləşmiş Ştatları ilə diplomatik münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.

N. Maduro bu barədə jurnalist İqnasio Ramonetə müsahibəsində deyib.

Siyasətçi bəyan edib ki, Venesuela ABŞ-nin istər hazırkı, istərsə də gələcək hökuməti ilə diplomatik, konsulluq və siyasi əlaqələrin normallaşdırılması istiqamətində addımlar atmağa hazırdır.

Qeyd edək ki, ABŞ – Venesuela arasındakı diplomatik münasibətlər 2019-cu ildən tamamilə kəsilib.

Buna səbəb ABŞ-nin Venesuela prezidenti kimi müxalifətçi Xuan Quaydonu tanıması olub.

Şəffaflıq.az


Geri qayıt