Əsas Səhifə > Dünya > Daha bir ölkədə dəhşətli zəlzələ: 20 ölü, 50 yaralı

Daha bir ölkədə dəhşətli zəlzələ: 20 ölü, 50 yaralı


26-09-2019, 22:52

 

İndoneziyanın Maluku əyalətində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı “Haber7” yayıb.
Bildirilib ki, 12 mindən çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev zədələnib. Məsul şəxslər təbii fəlakət nəticəsində ölənlərin sayının artacağından narahatdırlar.

Şəffaflıq.az
Geri qayıt