Əsas Səhifə > Dünya > “Financial Times” 2023-cü il üçün proqnozlarını açıqladı - SİYAHI
“Financial Times” 2023-cü il üçün proqnozlarını açıqladı - SİYAHI31-12-2022, 23:34 |
“Financial Times” müəllifləri 2023-cü il üçün illik proqnozlarını açıqlayıblar. Bunların arasında Aİ ölkələrinin elektrik problemi, Ukraynada müharibəsi, Co Baydenin namizədliyi və s. var. Qəzet xatırladır ki, 2022-ci il üçün müəlliflərin proqnozlarından yalnız bəziləri özünü doğrultmadı: “Tesla” səhmləri ucuzlaşdı, Demokratlar ABŞ Senatına nəzarəti saxladılar və COVID-19-un daha yoluxucu versiyası heç ortaya çıxmadı. Bu il isə FT müəlliflərinin üzümüzə gələn il üçün proqnozları belədir. * Ukraynada müharibə uzanacaq. *Avropada işıqların mütəmadi kəsilməsi. FT müəllifləri hesab edirlər ki, hava kifayət qədər soyuq olarsa, bu, aprelə qədər davam edəcək. * İlin sonunda qlobal istiləşmənin artımı 1,5 dərəcə həddi keçməyəcək. * ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa başlamayacaq. * Rişi Sunak Britaniyanın baş naziri olaraq qalacaq. * Avropa Mərkəzi Bankı İtaliya və ya digər Aİ ölkələrinin istiqraz bazarlarını dəstəkləməyəcək. * Co Bayden yenidən prezidentliyə namizəd olacaq. * Donald Trampı yeni ittihamlar gözləyir. * Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edə biləcək. * Pekin Tayvana girməyəcək. * Rəcəb Tayyib Ərdoğan prezident postunu saxlayacaq. * İranda etirazlar bitməyəcək. * Bir sıra Afrika ölkələrini defolt gözləyir. * S&P 500 10% olacaq. 2022-ci ildə ABŞ fond bazarının düşməsi artıq rekord həddə çatıb, lakin yaxınlaşan tənəzzül səbəbindən bu, davam edəcək. * “Twitter” bağlanmayacaq, istifadəçilər ayrılmayacaqlar. * Daha bir böyük kriptovalyuta biznesi uğursuzluğa düçar olacaq. FTX-dən sonra bir sıra iri kriptovalyuta şirkətləri 2023-cü ildə müflis ola bilər. * Əsas yayım platformalarının heç biri digəri ilə birləşməyəcək. Keçən il müzakirə olunan NBC-nin “Universal”la, “Warner Bros.”un “Discovery”, “Disney”in “Apple”lə və ya “Netflix”in başqası ilə birləşməsi, yəqin ki, baş tutmayacaq. Çünki platformalar hələ də COVID-19 pandemiyasından sonra gəlirlərini artırmağa çalışırlar. FT müəllifləri hesab edirlər ki, böyük sövdələşmələr 2024-cü ildə mümkün ola bilər. Şəffaflıq.az Geri qayıt |