Əsas Səhifə > XARİCİ XƏBƏR > İstanbul hava limanında uçuşlar dayandırıldı

İstanbul hava limanında uçuşlar dayandırıldı


31-12-2022, 23:26



İstanbulun Sabiha Gökçen hava limanında park edilmiş təyyarəni yedəkləyən yerüstü nəqliyyat vasitəsinin nasazlığı səbəbindən təyyarə uçuş-enmə zolağından çıxarıla bilməyib.

Bu səbəbdən uçuşlar müvəqqəti olaraq dayandırılıb. Aeroporta enməli olan təyyarələr bir müddət havada dövrə vurmalı olub.

Nasaz avtomobil uçuş-enmə zolağından çıxarıldıqdan sonra hava limanının fəaliyyəti normallaşıb.

Şəffaflıq.az


Geri qayıt