Əsas Səhifə > XARİCİ XƏBƏR > Sandu: "Moldova ordusunda müasir silahlara ehtiyac var"
Sandu: "Moldova ordusunda müasir silahlara ehtiyac var"29-12-2022, 22:36 |
Moldova ordusu ölkənin konstitusiyada nəzərdə tutulan neytral statusuna baxmayaraq, ən müasir silahları almalıdır. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu "Moldova 1" telekanalının efirində bildirib. "Neytrallıq demilitarizasiya və ya regionda baş verənlərə biganəlik demək deyil. Özümüzü müdafiə etməli olacağımız halda ordumuz müasir silahlarla təchiz olunmalıdır", - dövlət başçısı deyib. Bundan əvvəl Sandu qeyd edib ki, ABŞ və bir sıra Aİ dövlətləri onun ölkəsinə ordunun təchiz edilməsində köməklik göstərəcək və Avropa Sülh Fondu bu məqsədlə 40 milyon avro ayırıb. Onun sözlərinə görə, NATO təkcə Ukraynanı deyil, həm də alyansın standartlarına uyğun olaraq Moldovanın silahlandırma imkanlarını müzakirə edir. Qeyd edək ki, Kişinyov gələn il müdafiə xərclərini 68% artırmağı planlaşdırır. Bu, ötən həftə Milli Məclisdə birinci oxunuşda təsdiq edilən 2023-cü ilin dövlət büdcəsində müəyyən edilib."Report" Geri qayıt |