Əsas Səhifə > Cəmiyyət > Sənan Hacıyev: "Vəkillik institutu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuz qazanmaqdadır"
Sənan Hacıyev: "Vəkillik institutu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuz qazanmaqdadır"28-12-2022, 10:49 |
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev "Vəkil günü" peşə bayramı münasibətilə vəkilləri təbrik edib. Şəffaflıq.az-ın məlumatına görə, S. Hacıyev qeyd edib ki, ədalət mühakiməsinin səmərəliliyi baxımından məhkəmə hakimiyyəti hər zaman güclü və peşəkar vəkilliyin mövcudluğunda maraqlı olmaqla, bu istiqamətdə öz dəstəyini əsirgəmir. "Əziz vəkillər! Başda sədriniz, hörmətli Anar Bağırov olmaqla, Sizləri peşə bayramınız münasibəti ilə təbrik edirəm. Vətəndaşların hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi sahəsində həyata keçirdiyiniz əvəzolunmaz fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Sevindirici haldır ki, mütərəqqi islahatlar yolunu seçmiş milli vəkillik institutumuz qısa müddət ərzində həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə ciddi səviyyədə irəliləməklə müasir siması ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuz qazanmaqdadır. Nəzərə alınmaldır ki, məhz hakim və vəkillərin öz peşələrini vicdanla həyata keçirmələrindən ibarət birgə səyləri nəticəsində cəmiyyətimizdə yüksək hüquq mədəniyyəti və ədalət mühakiməsinə inam mühitinin formalaşması, saxlanması və inkişaf etdirilməsi mümkün ola bilər. Hörmətli vəkillər, bu fədakar yolda hər birinizə uğur arzu edirəm. Peşə bayramınız mübarək!", - deyə təbrikdə bildirilib.E-huquq.az Geri qayıt |