Əsas Səhifə > XARİCİ XƏBƏR > Qazaxıstan deputatları birinci prezident haqqında qanunun ləğvi məsələsinə baxacaqlar
Qazaxıstan deputatları birinci prezident haqqında qanunun ləğvi məsələsinə baxacaqlar28-12-2022, 09:27 |
Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatları çərşənbə günü plenar iclasda respublikanın ilk prezidenti - Elbası (millət lideri) Nursultan Nazarbayev haqqında qanunun ləğvi məsələsinə baxacaqlar. Şəffaflıq.az xəbər verir ki, bu barədə palatanın mətbuat xidməti tərəfindən yayılan Milli Məclisin plenar iclasının gündəliyində qeyd olunub. “Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun layihəsinin baxılmağa qəbul edilməsi haqqında”, - Məclisin plenar iclasının gündəliyinin birinci bəndində bildirilib. Geri qayıt |