Əsas Səhifə > REGİON > Güney Azərbaycanda boya zavodundakı partlayışda xəsarət alanların sayı 64 nəfərə çatıb

Güney Azərbaycanda boya zavodundakı partlayışda xəsarət alanların sayı 64 nəfərə çatıb


26-12-2022, 21:14


Güney Azərbaycanın Tufarqan şəhərində (hazırkı adı Azərşəhrdir) boya zavodunda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 64 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Partlayışın miqyasına görə hələ də qurbanların sayının artması ehtimalı var.

Əyalət qubernatoru yanında böhran vəziyyəti idarəsinin rəhbəri bildirib ki, partlayış qaz sızması nəticəsində baş verib.




Geri qayıt