Əsas Səhifə > Kriminal > General dələduzluğa görə HƏBS OLUNDU
General dələduzluğa görə HƏBS OLUNDU25-09-2019, 22:40 |
Rusiya Daxili İşlər Nazirliyinin İctimai Asayişin Mühafizəsinin təminatı üzrə Baş İdarəsinin birinci rəis müavini, general-mayor Aleksandr Melnikov həbs edilib. "Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, Melnikov dələduzluq ittihamı ilə tutulub. O, noyabrın 24-dək istintaq təcridxanasında saxlanılacaq. Qeyd edək ki, general 100 milyon rubl mənimsəməkdə günahlandırılır. Melnikov pul qarşılığında biznesmenə onu cinayət məsuliyyətindən azad etməyə söz verib. Geri qayıt |