Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniya Ukraynaya hərbi texnikalar göndərib

Almaniya Ukraynaya hərbi texnikalar göndərib


24-12-2022, 23:34


Almaniya bir həftə ərzində Ukraynaya daha 1 “Bergerpanzer 2” zirehli xilasetmə maşını və 13 sərhəd xidmət avtomobili təhvil verib.

"Report" xəbər verir ki, bu barədə RBC-Ukrayna Almaniya hökumətinin saytına istinadən məlumat yayıb.

Ümumilikdə, Ukrayna indiyədək Almaniyadan 13 “Bergerpanzer 2” və 78 sərhəd xidməti avtomobili alıb.

Şəffaflıq.az


Geri qayıt