Əsas Səhifə > REGİON > Gələn ildən ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək
Gələn ildən ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək25-09-2019, 18:17 |
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2020-ci ildən başlayaraq ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AZƏRTAC-a bildirib ki, bu qərar 2019-cu ildən salınmış üzüm bağlarına şamil edilir. “2019-cu ildən əvvəl salınmış üzüm bağlarına görə isə hər hektara 240 manat subsidiya ödəniləcək. Yəni, 2019-cu ildə 10 hektar üzüm bağı salmış fermer 2020-2023-cü illərdə hər il 6 min manat, 2024-cü ildən başlayaraq isə 2400 manat subsidiya alacaq”, - deyə V.Hüseynov əlavə edib. Geri qayıt |