Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya və Azərbaycan xarici işlər nazirləri sabah Moskvada görüşəcəklər

Rusiya və Azərbaycan xarici işlər nazirləri sabah Moskvada görüşəcəklər


22-12-2022, 20:26


Sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dekabrın 22-də Lavrovla Bayramov telefonla danışıblar. Söhbət zamanı nazirlər İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.


Geri qayıt