Əsas Səhifə > SİYASƏT > Ermənistan KİV-dən növbəti dezinformasiya xarakterli məlumat yayılıb:

Ermənistan KİV-dən növbəti dezinformasiya xarakterli məlumat yayılıb:


25-09-2019, 15:45

 Müdafiə Nazirliyi (MN) Azərbaycana məxsus PUA-nın vurulması barədə düşmən tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə MN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb: “Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.
Qeyd edək ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı məlumatlar yayılıb.
Geri qayıt