Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında həyata keçirilmiş nəzarət tədbirlərində yerli orqanların debitor borcların aradan qaldırılması istiqamətində fəaliyyətlərinin qənaətbəxş olmadığı müəyyən edilib.
Hurriyyet.org xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə rəyində öz əksini tapıb.
“Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında həyata keçirilmiş nəzarət tədbirlərində də yerli orqanların debitor borcların aradan qaldırılması istiqamətində fəaliyyətlərinin qənaətbəxş olmadığı, borcların həcmi ilə müqayisədə daha az sayda məhkəmə iddialarının qaldırıldığı, iddiaların müvafiq məhkəmə qərarları ilə təmin olunmasından sonra da ödənişlərin həyata keçirilməsində problemlərin olduğu müəyyən edilib ki, bu da bu sahədə Fondun fəaliyyətinin gücləndirilməsinə ehtiyacın olması və debitor borcların ödənişinin təmin etdirilməsi üçün Fondun əlavə inzibati vasitələrə və mexanizmlərə malik olmasının zəruriliyini deməyə əsas verir”, – deyə rəydə vurğulanıb.