Əsas Səhifə > Gündəm > Yüz əlli min manatlıq artezian quyusu niyə kəndi su ilə təmin etmir?
Yüz əlli min manatlıq artezian quyusu niyə kəndi su ilə təmin etmir?22-12-2022, 17:20 |
Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbəsinin sakinləri üç kənd üçün hazırlanan artezian quyusunun istifadəyə verilməməsindən şikayət edirlər. Bu barədə Şəffaflıq.az məlumat verir Bildirilib ki, sözügedən kənddə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin valideynləri yaşayırlar. “Yaxınlıqdakı üç kənd üçün nəzərdə tutulan, 150 min manat vəsait xərclənən artezian quyusu hazır olsa da, sakinlərə su verilmir. Səbəbi də deyilmir”, - deyə sakinlər bildiriblər. Məsələ ilə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, həmin artezian quyusu onların balansında deyil. “Azərsu” ASC-dən isə bildirilib ki, sözügedən ərazidəki artezian quyusu layihə əsasında inşa edilib: “Layihə çərçivəsində biri Yeni Mil qəsəbəsində olmaqla 24 artezian quyusu qazılıb. Suyu içməyə yararlıdır. Artıq istifadəyə hazır vəziyyətdədir. Növbəti mərhələdə kənddaxili bulaqların quraşdırılması, su xətlərinin çəkilməsi icra olunacaq. Camaatın da müraciəti məhz suyun nə üçün mərhələlərlə çəkilməsi ilə bağlıdır. Növbəti mərhələdə bütün bu proseslər öz həllini tapacaq, kənd sakinlərinin içməli su məsələsi həll ediləcək”. Geri qayıt |