Əsas Səhifə > XARİCİ XƏBƏR > Medvedevin jurnalisti nəyə görə bloka atmasının səbəbi bilindi

Medvedevin jurnalisti nəyə görə bloka atmasının səbəbi bilindi


22-12-2022, 17:13

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çağırış yaşını 30-a qədər qaldırmaq istəyir. Bununla əlaqədar olaraq “The Insider” araşdırma layihəsinin rusiyalı jurnalisti Sergey Yejov RF Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevdən oğlu 27 yaşlı İlya Medvedevin müharibəyə gedib-getməyəcəyini soruşub.

“Çağırış yaşı, Şoyqunun dediyi kimi, 30-a çatdırılsa, İlya Dmitriyeviç Medvedev adlı “Vahid Rusiya” partiyasının vəsiqəsinə malik olan bu vətənpərvər vətəndaşın hələ də vətəninə xidmət etmək və ilk gündən müqavilə imzalamaq şansı var. Hərbi komissarlığa ilk gedən o olacaq, elə deyilmi, Dmitri Medvedev?” - deyə Yejov özünün “Twitter” hesabında sual edib.

Şəffaflıq.az


Geri qayıt