Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya XİN də Paşinyanın tənqidinə cavab verdi

Rusiya XİN də Paşinyanın tənqidinə cavab verdi


22-12-2022, 15:44

“Nikol Paşinyanın son bəyanatının əksinə olaraq, Rusiya sülhməramlıları Qarabağda öz missiyalarını uğurla icra edirlər”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə çıxış edərkən deyib.

“Rusiya sülhməramlıları öz missiyalarını icra edirlər. Vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlılarıdır və onlar buna nail olurlar. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibəti qəbul etmirəm”, - deyə rusiyalı diplomat vurğulayıb.

Xatırladırıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında söyləyib ki, Qarabağda olan Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öz funksiyalarını yerinə yetirə bilmir.

Şəffaflıq.az


Geri qayıt