Əsas Səhifə > Cəmiyyət > “Bakı Gəmiqayırma Zavodu”nun direktoru vəzifəsindən azad edilib

“Bakı Gəmiqayırma Zavodu”nun direktoru vəzifəsindən azad edilib


21-12-2022, 17:27


“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən Şəffaflıq.az-a verilən məlumata görə, “Bakı Gəmiqayırma Zavodu”dan İdarə Heyəti yaradılıb.

Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək.

İndiyə qədər zavodun direktoru olan İmamverdi Həsənov isə İH-nin üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.


Geri qayıt