Əsas Səhifə > Cəmiyyət > Əmisinin fermasından oğurluq edən şəxs TUTULDU
Əmisinin fermasından oğurluq edən şəxs TUTULDU21-12-2022, 17:05 |
Quba rayon Amsar kəndi ərazisində olan fermadan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6800 manat ziyan vurublar. Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur. Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |