Əsas Səhifə > XARİCİ XƏBƏR > Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı

Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı


21-12-2022, 15:48


Belarusun Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonuna - Loyevski, Bragin və Xoinikiyə sərhəd zolağı boyunca giriş-çıxış məhdudlaşdırılıb.

Bu rayonlar Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəddir. Həmçinin məhz bu rayonlardan fevralda Rusiyanın Kiyevə hücumu başlayıb.

Bu qərar Nazirlər Şurası tərəfindən verilib və dekabrın 10-dan qüvvəyə minib.

İstisnalar yalnız bu bölgədə yaşayanlara, yaxın qohumlarına baş çəkənlərə və ya işlə bağlı gələnlərə şamil olunacaq.

Digər hallarda sərhəd komitəsinin yazılı icazəsi tələb olunacaq.

Şəffaflıq.az





Geri qayıt