Əsas Səhifə > Şou-biznes > Məşhur model Azərbaycanda iş tapmamasından şikayət etdi: “Söhbət pula gələndə kəsib-tökürlər”

Məşhur model Azərbaycanda iş tapmamasından şikayət etdi: “Söhbət pula gələndə kəsib-tökürlər”


20-12-2022, 17:24


“Ayın sonuna qazancım ancaq kirayə puluna çatır. Qısa müddət ərzində daimi bir iş tapa bilməsəm, yəqin birdəfəlik çıxıb getmək məcburiyyətində qalacağam”.

Bu sözləri sosial şəbəkədə “Best model of the world” müsabiqəsinin qalibi, model və aktyor Rüstəm Cəbrayılov yazıb.

İşsizlikdən gileylənən model qeyd edib ki, bir ildən artıqdır iş axtarışındadır:

“Green card”ım da var, Avropa vizalarım da. Bu günə qədər film və modellik sahəsində gördüyüm önəmli işlər isə özüm üçün kiçik bir xatirə qalar, gələn il üçün təsdiqləndiyim iki böyük filmdən də imtina edərəm. Onsuz da söhbət pula gələndə kəsib-tökürlər, məcburiyyətdən razılaşırsan. Bəlkə gəlsəm, baş rolunu canlandırdığım Xocalı və 20 Yanvarla bağlı filmimin təqdimatına gələrəm. O da bu küskünlüklə nə bilim... Nə işlə bağlı müraciətimə cavab gəldi, nə də məktublarıma”, - Rüstəm Cəbrayılov yekunda bildirib.

Şəffaflıq.az


Geri qayıt